Xəbər lenti

Bu gecə Azərbaycanla bir çox ölkələrin saat fərqi dəyişəcək
Ölkə12:04 26.03.2016

Bu gecə Azərbaycanla bir çox ölkələrin saat fərqi dəyişəcək

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Nazirlər Kabinetinin Azərbaycan ərazisində yay vaxtına keçidin ləğv olunması barədə qərarından sonra martın 27-nə keçən gecə saat əqrəblərinin 1 saat irəli çəkilməsinə ehtiyac aradan götürülüb.
Buna baxmayaraq, bir çox ölkələrdə bu təcrübədən hələ də istifadə olunmaqdadır və bu hal Bakı vaxtı ilə bir sıra ölkələrin vaxtı arasında fərqin dəyişməsinə səbəb olacaq.
Məsələn, sabahdan Türkiyə vaxtı ilə Bakı vaxtı arasında fərq həmişəkindən fərqli olaraq, 2 saat deyil, 1 saat təşkil edəcək. Sözsüz ki, bu, gecədən xeyli keçmişə kimi türk seriallarını izləməyə alışmış televiziya tamaşaçıları üçün xoş sürprizdir.
Rusiyada yay vaxtına keçid artıq bir neçə il bundan əvvəl ləğv edildiyi üçün, Moskva vaxtı ilə fərq dəyişməyəcək.
Orta Avropa vaxtı ilə Bakı vaxtı arasındakı fərq isə 3 saatdan 2 saata enəcək.(Virtualaz.org)
Qaynar.info