Xəbər lenti

Bu gecə "Qarabağ" gecəsidir - YENİLƏNİR
İdman08:00 06.08.2014

Bu gecə "Qarabağ" gecəsidir - YENİLƏNİR

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Rövnəq Abdullayev "Qarabağ"a dəstək olmaq üçün Avstriyaya gedib

Çempionlar Liqasının III təsnifat mərhələsində bu gün baş tutacaq "Zalsburq" - "Qarabağ" cavab matçını AFFA-nın prezidenti Rövnəq Abdullayev də izləyəcək.

Fanat.az xəbər verir ki, ARDNŞ-in rəhbəri Zalsburqda keçiriləcək qarşılaşmaya canlı baxacaq.

Qeyd edək ki, "Zalsburq" - "Qarabağ" oyunu "Red Bull Arena"da keçiriləcək. Matçın start fiti Bakı vaxtı ilə saat 23.30-da çalınacaq. "Qarabağ" ilk oyunla 2:1 hesabı ilə qalib gəlib.

Bu gün Çempionlar Liqasında III təsnifat mərhələsinə yekun vurulacaq.

Ölkə.Az-ın apasport-a istinadən məlumatına görə, Azərbaycan çempionu “Qarabağ” 1 həftə əvvəl Bakıda qarşılaşdığı Avstriya təmsilçisi “Zalsburq”un qonağı olacaq.


Çempionlar Liqası
III təsnifat mərhələsi, cavab oyunu

23:30. “Zalsburq” (Avstriya) – “Qarabağ” (Azərbaycan)
Baş hakim: Robert Madden (Şotlandiya)
Zalsburq (Avstriya). “Zalsburq” stadionu

Qaynar.info