Xəbər lenti

Bu gün AstraZeneca peyvəndinin taleyi həll ediləcək
Dünya06:04 18.03.2021

Bu gün AstraZeneca peyvəndinin taleyi həll ediləcək

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Avropa Dərman Agentliyi (EMA) cümə axşamı xüsusi iclasında İngiltərə-İsveç şirkəti "AstraZeneca”nın koronavirus peyvəndi ilə əlaqədar vəziyyətini nəzərdən keçirəcək.
Qaynarinfo xəbər verir ki, tənzimləyici açıqlamasında peyvəndin gələcək istifadəsi ilə bağlı nəticələrin mövcud məlumatlar əsasında veriləcəyini bildirib. Tənzimləyici dərmanın sonrakı istifadəsi üçün son tövsiyələri təyin edəcək.
Qeyd edək ki, bir qədər əvvəl EMA peyvəndin faydalarının sənədləşdirilməmiş yan təsirlərin risklərindən çox olduğunu bildirmişdi.
Çərşənbə günü də ÜST-ün bu peyvənddən istifadəni dayandıran ölkələrə yenidən "AstraZeneca”ya qayıtmaları üçün tövsiyə verdiyi məlum olub.
Alpər