Xəbər lenti

Bu gün Avropanın üç ölkəsinin Baş naziri Kiyevə səfər edəcək
Dünya08:18 15.03.2022

Bu gün Avropanın üç ölkəsinin Baş naziri Kiyevə səfər edəcək

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Bu gün Polşa, Çexiya və Slovakiya liderləri Ukraynaya dəstək göstərmək üçün Avropa İttifaqının missiyası ilə Ukrayna paytaxtı Kiyevə səfər edəcəklər.
"Report” "Associated Press”ə istinadən xəbər verir ki, bunu Çexiyanın Baş naziri Petr Fiala tviterdə yazıb.
"Səfərin məqsədi Avropa İttifaqının Ukraynaya, onun azadlığına və müstəqilliyinə qeyd-şərtsiz dəstəyini ifadə etməkdir”, - hökumət başçısı bildirib.
Onunla birlikdə Slovakiyanın Baş naziri Yanez Yanşa, Polşanın Baş naziri Mateuş Moravetski və Polşa Baş nazirinin təhlükəsizlik məsələləri üzrə müavini, mühafizəkar hakim partiyanın lideri Yaroslav Kaçinski də Kiyevə gedəcək.