Xəbər lenti

Bu gün Dünya Çempionatının püşkü atılacaq
İdman08:39 25.07.2015

Bu gün Dünya Çempionatının püşkü atılacaq

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Bu gün 2018-ci il futbol üzrə dünya çempionatının seçmə oyunlarının püşkatma mərasimi keçiriləcək. 

Anspress-in məluma tına görə, püşkatma Sankt-Peterburqun Konstantin sarayında baş tutacaq. 

Püşkatma nəticəsində komandalar Avropa, Asiya, Okeaniya və KONKAKAF zonaları üzrə qrup və cütlüklərə bölüşdürüləcək.

Afrika zonasına gəlincə isə, püşkatma turnirin ilk iki raundunda iştirak edəcək komanda cütlüklərini müəyyən edəcək.

Püşkatma mərasimində iştirak etmək üçün Beynəlxalq Futbol Federasiyasının (FİFA) Prezidenti Jozeff Blatter artıq Sankt-Peterburqa gəlib. Onun Rusiya prezidenti Vladimir Putinlə də görüşü nəzərdə tutulub.

Rusiya prezidenti mərasimdə salamlama nitqi ilə çıxış edəcək.

Püşkatma mərasimi bu yaxınlarda bərpa edilmiş və XVIII əsrin memarlıq abidəsi olan Konstantin sarayında Bakı vaxtı ilə saat 19.00-da keçiriləcək. Tədbirə 3000 yaxın insanın qatılacağı gözlənilir. Püşkatma mərasimini müşayiət edəcək şounun rejissoru Feliks Mixaylovdur. Artıq məlumdur ki, mərasim zamanı məşhur "Podmoskovnıye veçera" mahnısını opera variantı səslənəcək.Həmçinin dünya caz ulduzları və Eurovision-2015 mahnı müsabiqəsində ikinci yeri tutmuş Rusiyalı müğənni Polina Qaqarinanın çıxışı gözlənilir.

Xatırladaq ki, dünya çempionatının oyunları 14 iyun-15 iyul 2018-ci il tarixlərində Rusiyanın 11 şəhəri - Moskva, Sankt- Peterburq, Kazan, Nijni Novqorod, Saransk, Kalininqrad, Volqoqrad, Yekaterinburq, Samara, Soçi və Rostov-na-Donun 12 stadionunda keçiriləcək. 

Qaynar.info