
Keniyada həyatın bir çox sahələrində göstərdiyi xidmətləri qiymətləndirmək məqsədilə eşşəklər üçün xüsusi bayram qeyd olunub.
Qaynar.info-nun məlumatına görə, Svahili dilində "Heshimu Punda" (Eşşəklərə hörmət edin) şüarı ilə elan edilən bayram bütün ölkədə qeyd olunacaq.
Bayram günü münasibətilə Keniya Əkin Texnologiyaları Təşkilatının Limuru şəhərində təşkil etdiyi bayram tədbirlərində eşşəklərə veterinarlar tərəfindən pulsuz xidmət göstərilib, sahiblərinə eşşəyə qulluq haqqında məlumatlar verilib.
Qeyd edək ki, orta hesabla 20 il ömrü olan eşşəklər Keniyada ağır iş şəraiti səbəbindən 3 ildən artıq yaşamır.
Qaynar.info