Xəbər lenti

Gürcüstanda Baş nazir və 2 nazir təyin edildi (YENİLƏNİB)
Dünya06:28 03.09.2019

Gürcüstanda Baş nazir və 2 nazir təyin edildi (YENİLƏNİB)

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Gürcüstan hökumətində dəyişiklik olub.
Qaynarinfo xəbər verir ki, DİN Başçısı Giorgi Qaxariya ölkənin yeni Baş naziri təyin edilib. G.Qaxariya 2016-2017-ci illərdə Gürcüstanın iqtisadiyyat və davamlı inkişaf naziri vəzifəsində çalışıb. 
Daha əvvəl övlət Təhlükəsizlik Xidmətinin rəisi olmuş Vaxtanq Qomelauri DİN rəhbəri, hakim Gürcü Arzusu Partiyasının siyasi katibi vəzifəsini icra etmiş İrakli Qaribaşvili isə Müdafiə naziri təyin edilib. 
Gürcüstanın keçmiş Müdafiə naziri Levan İzoria isə DTX-ya rəhbərlik edəcək.
***10.02 
Bu gün Gürcüstanın yeni Baş naziri seçiləcək.
Qaynarinfo xəbər verir ki, hazırda partiya sədri Bidzina İvanişvilinin rəhbərliyi ilə hakim Gürcü Arzusu-Demokratik Gürcüstan Partiyasının Siyasi Şurasının iclası keçirilir. Daha sonra parlamentdə hökumətdə ötən gün baş verən dəyişiklik müzakirəyə çıxarılacaq və yeni Baş nazirin kimliyi məlum olacaq.
Qeyd edək ki, ötən gün hökumət rəhbəri Mamuka Baxtadze istefa verib. O, 2018-ci ilin iyun ayından Baş nazir vəzifəsini icra edirdi.
Gülşən