Dünya 15:37 07.07.2022

Bu gün Litva Türkiyənin bağışladığı “Bayraktar”ları Ukraynaya verəcək

Litva hökuməti Litva vətəndaşları tərəfindən yığılan pul vasitəsilə alınan Bayraktar TB2 pilotsuz döyüş təyyarəsini çərşənbə günü axşam Ukraynaya təhvil verməyə hazırlaşır.

Qaynarinfo "Reuters” xəbər agentliyinə istinadla xəbər verir ki, bu barədə Litvanın müdafiə naziri Arvidas Anusauskas bildirib.

Litvalılar may ayında dron üçün təxminən 6 milyon avro toplayıb, sonra isə türk istehsalçısı Baykar şirkəti uçuş aparatlarını Ukraynaya pulsuz bağışlamağa qərar vermişdi.

Baykar və Litva 1,5 milyon avronun pilotsuz uçan aparatın silahlanmasına xərclənəcəyi, kraudfanding vasitəsilə toplanan pulun qalan hissəsinin isə Ukraynaya humanitar yardıma yönəldilməsi barədə razılığa gəliblər. Anusauskas deyib ki, Baykar pilotsuz təyyarəni Litvaya daha çox silahla çatdırıb. 

"Bu, müharibənin gedişatını dəyişməyəcək. Bu, Litva xalqının ukraynalılara simvolik jestidir", - Anusauskas Reuters agentliyinə deyib.

Çərşənbə günü şahin loqosu və Litva və Ukrayna bayrağı rəngləri ilə bəzədilmiş TB2-ni görmək üçün Şaulyay yaxınlığındakı hərbi aerodroma minlərlə insan toplaşıb.

Ukrayna son illərdə Baykardan 20-dən çox Bayraktar TB2 silahlı pilotsuz uçuş aparatı alıb və yanvarın 27-də daha 16 ədəd sifariş edib. 

Baykar şirkətinin baş əməliyyat direktoru Haluk Bayraktar Reuters-ə deyib: "Biz Baykar olaraq insanların pulunu təyyarəmizi satmaq üçün qəbul edə bilməyəcəyik, lakin əlimizdə olanın ən yaxşısını bağışlayaraq həmrəyliyə töhfə vermək qərarına gəldik. Biz öz texnologiyamızı inkişaf etdiririk... özümüzü təmin etmək və qardaş xalqlarımızı dəstəkləmək üçün. Ukrayna hazırda öz azadlığı üçün mübarizə aparır, Ukraynanı dəstəkləmək bizim borcumuzdur", - o əlavə edib. 

Nurlan Hüseynov