Xəbər lenti

Bu gün ölkədə ən uzun gecə müşahidə ediləcək
Ölkə19:47 21.12.2018

Bu gün ölkədə ən uzun gecə müşahidə ediləcək

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Bu gün ölkədə ən uzun gecə müşahidə ediləcək. Modern.az xəbər verir ki, bu barədə "Trend”ə AMEA-nın Şamaxı Astrofizika Rəsədxanasının elmi işlər üzrə direktor müavini, fizika üzrə fəlsəfə doktoru Xıdır Mikayılov deyib.
Onun sözlərinə görə, dekabrın 21-dən 22-ə keçən gecə Azərbaycanda ən uzun gecə, dekabrın 22-i də isə ən qısa gündüz olacaq.
X.Mikayılov bildirib ki, həmin vaxtdan başlayaraq, 6 gün ərzində - dekabrın 21-dən 27-dək ölkə ərazisində gecələrin uzunluğu bərabər olacaq, eləcə də o günlərdə gündüzlərin uzunluğu bərabər olacaq. Həmin müddətdə gecələrin uzunluğu 14 saat 43 dəqiqə, gündüzlərin uzunluğu 9 saat 17 dəqiqə olacaq.