Xəbər lenti

Bu gün Pakistanın yeni prezidenti müəyyənləşəcək
Dünya07:59 04.09.2018

Bu gün Pakistanın yeni prezidenti müəyyənləşəcək

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Pakistanda yeni prezidenti müəyyənləşdirmək üçün parlament və 4 əyalət məclisində səsverməyə start verilib.
Qaynarinfo xəbər verir ki, səsvermədə Arif Alvi, Aitzaz Ahsan, və Maulana Fəzl Rəhman yarışacaq. Arif Alvi hazırda hakimiyyətdə olan "Pakistan Tehreek-e-Insaaf" partiyasının namizədidir. Yeni prezident bu vəzifəni icra edən Məmnun Hüseyni əvəzləyəcək. Səsvermə prosesi 6 saat davam edəcək. Yeni prezidentin seçilməsi üçün 706 səs veriləcək.
Qeyd edək ki, Pakistan ötən həftələrdə yeni baş nazirini seçib. İmran Xan bu vəzifəni icra edir.
Gülşən