Bu gün səhər saatlarında qəzaya uğrayan sərnişin avtobusunun sürücüsünün müqaviləsinə xitam veriləcək.
Qaynarinfo xəbər verir ki, bu barədə Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin mətbuat xidmətinin rəhbəri Nuridə Allahyarova məlumat yayıb.
"Bu gün səhər saatlarında "Araz Trans" MMC-yə məxsus Tiflis-Bakı istiqamətində sərnişin daşıyan iritutumlu avtobusun qəzaya uğraması nəticəsində ciddi xəsarət alan olmayıb, 3 nəfər yüngül xəsarət alıb. "Araz Trans" MMC-nin rəhbəri Bəsti Məmmədova DANX-a məlumat verərək bildirib ki, sürücü ilə müqaviləyə bazar ertəsi xitam veriləcək. Məlumat üçün qeyd edim ki, surucu Gürcüstan vətəndaşıdır" deyə Nuridə Allahyarova bildirib.