Xəbər lenti

Bu gün rabitə və İT sahəsi işçilərinin peşə bayramı günüdür
Ölkə05:50 06.12.2017

Bu gün rabitə və İT sahəsi işçilərinin peşə bayramı günüdür

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
6 dekabr rabitə və İT sahəsi işçilərinin peşə bayramı günüdür.
Qaynarinfo-nun məlumatına görə, bu gün Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 02 dekabr 2006-cı il tarixli sərəncamı ilə təsis olunub. O vaxtdan bütün respublikada rabitəçilər və informasiya texnologiyaları sahəsinin işçiləri öz peşə bayramlarını qeyd edirlər.
Peşə bayramının məhz bu gündə qeyd olunması Azərbaycanda ilk telefon xəttinin yaradılması ilə bağlıdır. Belə ki, 1881-ci il dekabrın 6-da Bakıda "Nobel qardaşları" cəmiyyəti tərəfindən ilk telefon xətti çəkilmişdir.