Xəbər lenti

Bu gün Rusiyada Putinin rəhbərliyi ilə nüvə silahı təlimləri keçiriləcək
Dünya05:05 19.02.2022

Bu gün Rusiyada Putinin rəhbərliyi ilə nüvə silahı təlimləri keçiriləcək

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Bu gün Rusiya Silahlı Qüvvələrinin Ali Baş Komandanı Vladimir Putinin rəhbərliyi ilə ballistik və qanadlı raketlərin buraxılışının həyata keçiriləcəyi strateji mühafizə qüvvələrinin planlaşdırılmış təlimi keçiriləcək.
Qaynarinfo xəbər verir ki, təlimlərə Aerokosmik Qüvvələrin, Cənub Hərbi Dairəsininin aerokosmik qüvvələrinin, Şimal və Qara dəniz donanmasının raket bölmələrinin qoşunları və texnikasının cəlb olunacağı gözlənilir.
Bildirilib ki, təlimlərdə Şimal Donanmasının strateji raket daşıyan sualtı qayığı Rusiyanın Uzaq Şərqindən-Kamçatkadan Kür poliqonuna, ölkənin şimalındakı nüvə sualtı qayığından isə Çiza poliqonuna qitələrarası ballistik raketlər atılacaq.
Eyni zamanda Aerokosmik Qüvvələri uzaq mənzilli təyyarələrdən qanadlı raketlər buraxacaq