Xəbər lenti

Bu gün Rusiyaya qarşı səkkizinci sanksiyalar paketi nəzərdən keçiriləcək
Dünya13:24 03.10.2022

Bu gün Rusiyaya qarşı səkkizinci sanksiyalar paketi nəzərdən keçiriləcək

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Bazar ertəsi, oktyabrın 3-də Aİ səfirləri Rusiyaya qarşı tətbiq edilməsi planlaşdırılan səkkizinci sanksiyalar paketinə baxacaqlar.
Qaynarinfo xəbər verir ki, bu barədə "RBK-Ukrayna” "Azadlıq” radiosunun Brüsseldəki müxbiri Rikard Yozvika istinadən məlumat yayıb.
"Bu gün səhər Aİ səfirləri Rusiyaya qarşı son sanksiyalar paketini müzakirə edirlər. İclas saat 16.00-da (Bakı vaxtı ilə 18.00 – red.) başlayacaq. Onların bu gün sanksiyalara yaşıl işıq yandırmaq şansı var, lakin məqsəd hələ də bunu cümə axşamı günü keçiriləcək Praqa sammitinə qədər etməkdir", - müxbir yazıb.
Nizami Bağırov