Rusiya qoşunları səhər saatlarından Ukraynaya kütləvi zərbələr endirir. Hazırda Ukraynaya 75 raket atılıb, onlardan yarıdan çoxu vurulub.
Bu barədə Qaynarinfo Ukrayna Silahlı Qüvvələrinin Baş Komandanı Valeri Zalujnıya istinadən xəbər
">verir.
"Terrorçu ölkə olan Rusiya Federasiyası zərbə PUA-larından istifadə etməklə Ukrayna ərazisinə irimiqyaslı raket və hava zərbələri endirir. Səhər saatlarında təcavüzkar artıq 75 raket atıb. Onlardan 41-i hava hücumundan müdafiəmiz tərəfindən zərərsizləşdirilib", - Zalujnı yazıb.
Ukrayna Silahlı Qüvvələrinin Baş Komandanı qeyd edib ki, Ukrayna qoşunları vətəndaşları qorumaq üçün mümkün olan hər şeyi edir. Bununla belə, hücumlar davam edir.
Bildiyiniz kimi, oktyabrın 10-da səhər saatlarında Ukrayna Rusiya Federasiyası tərəfindən ən böyük kütləvi hücumlardan birinə məruz qalıb. Kiyev, Lvov, Xmelnitski, Ternopil və Jitomir də daxil olmaqla bir çox şəhərlər atəş altındadır.
Nizami Bağırov