Xəbər lenti

Bu gün “Uşaq Avroviziya-2018”in qalibi bəlli olacaq
Dünya14:24 25.11.2018

Bu gün “Uşaq Avroviziya-2018”in qalibi bəlli olacaq

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Noyabrın 25-də Minskdə "Uşaq Avroviziya-2018” mahnı müsabiqəsinin qalibi müəyyənləşəcək.
Qaynarinfo Azərtac-a istinadən istinadən xəbər verir ki, "Minsk Arenada” keçiriləcək final yarışında rekord sayda - 20 ölkənin nümayəndəsi iştirak edəcək. Azərbaycanı təmsil edən Fidan Hüseynova səhnəyə yeddinci çıxacaq.
Ekspertlər səhnənin texniki imkanlarını yüksək qiymətləndiriblər. Beynəlxalq mahnı müsabiqəsinin icraçı direktoru Yon Ola Sand səhnənin səs və işıq effektindən razılığını açıqlayıb.
"Minsk Arenada” Azərbaycan təmsilçisindən başqa, Ukrayna, Portuqaliya, Qazaxıstan, Albaniya, Rusiya, Niderland, Belarus, İrlandiya, Serbiya, İtaliya, Avstraliya, Gürcüstan, İsrail, Fransa, Makedoniya, Ermənistan, Uels, Malta və Polşa təmsilçiləri beynəlxalq mahnı müsabiqəsinin final mərhələsində çıxış edəcəklər.