Xəbər lenti

Bu gündən Türkiyə ilə Ermənistan arasında uçuşlar başlayır
Dünya08:31 02.02.2022

Bu gündən Türkiyə ilə Ermənistan arasında uçuşlar başlayır

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Ermənistanın "Flyone Armenia” aviaşirkəti bu gün baş tutacaq İrəvan-İstanbul-İrəvan reysi üçün hazırlıqların başa çatdığını açıqlayıb.
Qaynarinfo APA-ya istinadən xəbər verir ki, "Flyone Armenia” aviaşirkətinin İdarə Heyətinin sədri Aram Ananyan reys üçün epidemioloji tədbirlərin görüldüyünü, uçuş üçün hazırlıq işlərinin başa çatdırıldığını söyləyib.
Aram Ananyan İrəvan-İstanbul reyslərinin İstanbuldakı erməni icması ilə Ermənistan arasında əlaqələrin gücləndirilməsində rol oynayacağını da əlavə edib.
Növbəti reysin fevralın 5-də gerçəkləşəcəyi də açıqlanıb.