Xəbər lenti

Bu göydələnin hündürlüyü 1 km olacaq - FOTOLAR
Dünya06:37 21.04.2014

Bu göydələnin hündürlüyü 1 km olacaq - FOTOLAR

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Əsas maliyyəçi Bin Ladenin atasıdır

Səudiyyə Ərəbistanının Ciddə şəhərində 1 kilometr yüksəkliyində olacaq “Krallıq Qülləsi”nin inşasına gələn həftə başlanacaq.

Qaynar.info Marja-ya istinadən  xəbər verir ki, dünyanın ən yüksək binasının inşası başlayır. Səudiyyə Ərəbistanının Ciddə şəhərində tikiləcək “Krallıq Qülləsi” tamamlandıqda 1 kilometr hündürlüyündə olacaq.

İnşasında 80 min ton poladdan istifadə ediləcək göydələnin xərci isə 1,23 milyard dollardır. 200 mərtəbəli planlaşdırılmış binanın 157-ci mərtəbəsində teras (üstü açıq yer) yer alacaq.

Göydələnin inşasını Usamə Bin Ladenin atasının qurduğu Bin Laden Group boynuna götürüb. Binanın tikilməsinin məqsədi isə Səudiyyə Ərəbistanının iqtisadi və siyasi sabitliyini göstərmək üçün bir güc mesajını verməkdir.

Qeyd edək ki, Bakı yaxınlığında salınacaq “Xəzər adaları” şəhərində 1050 metr hündürlüyündə “Azərbaycan qülləsi”nin tikintisi nəzərdə tutulur.

Qaynar.info