
Amerika Birləşmiş Ştatlarının Mərkəzi Kəşfiyyat İdarəsinin rəhbəri Con Brennan şok açıqlamalar verib.
Qaynarinfo.Az xarici mətbuata istinadən xəbər verir ki, Con Brennan açıqlamasında İraq və Suriyanın dövlət quruluşunun kompensasiya edilə bilməyəcək şəkildə pozulmuş olduğunu vurğulayıb.
Onun sözlərinə görə, bu iki dövlətin ərazi bütövlüyünü təmin edib vahid mərkəzdən idarə olunması mümkün görünmür. Suriya və İraqda olan kürd bölgələri kimi yenidən bir çox muxtar bölgənin ortaya çıxa biləcəyini vurğulayıb. Kəşfiyyat təkilatının rəhbərinin fikrincə hər iki dövlət bölünmək təhlükəsindədir.
Qaynarinfo.Az