İsveç Akademiyası bu il ədəbiyyat üzrə Nobel mükafatının verilməyəcəyini açıqlayıb.
Qaynarinfo xarici mətbuata istinadən xəbər verir ki, akademiyanın üzvlərindən şairə Katerina Frostensonun əri fotoqraf Jan Kloud Arnaultun 18 qadına təcavüz etməkdə ittiham olunmasından sonra yaranan qalmaqal səbəbindən bu il verilməli olan mükafat təxirə salınıb.
Bu, Nobel tarixində ilk belə hadisədir. Akademiyadan verilən açıqlamaya görə, builki mükafat gələn il öz sahibinə təqdim olunacaq. Belə ki, 2019-cu ildə ədəbiyyat üzrə iki Nobel mükafatı təqdim olunacaq.