Beynəlxalq Miqrasiya Təşkilatı (BMqT) 2018-ci ildə ən çox miqrantın üz tutduğu ölkənin İspaniya olduğunu açıqlayıb.
Qaynarinfo xəbər verir ki, ilin əvvəlindən avqustun 22-dək 27577 miqrant və Avropada sığınacaq tapmaq istəyən insan dəniz yolu ilə İspaniyaya üz tutub.
Məlumata görə, ilin əvvəlindən Aralıq dənizi vasitəsi ilə Avropa qitəsinə 65576 miqrant və sıınacaq almaq istəyən şəxs gəlib. Bunun 42 faizi İspaniyaya keçib.
Göstərilən rəqəm 2017-ci ilin analoji dövrü ilə müqayisədə 3 dəfə çoxdur. Ötən ilin müvafiq dövründə İspaniyaya təxminən 8700 nəfər üz tutub.
Məruzədə göstərilir ki, 2018-ci ilin ilk 5 ayı ərzində İspaniya sularında 5850 insan, o cümlədən qadınlar və uşaqlar xilas edilib. Bu da gündə orta hesabla 54 nəfər deməkdir.