Xəbər lenti

Bu il Rusiya vətəndaşlığı alanların sayı açıqlandı - Azərbaycan siyahıda neçəncidir?
Dünya06:12 16.04.2022

Bu il Rusiya vətəndaşlığı alanların sayı açıqlandı - Azərbaycan siyahıda neçəncidir?

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Bu ilin birinci rübündə ən çox Rusiya vətəndaşlığı alanların ukraynalılar və tacikistanlılar olduğu açıqlanıb.
Qaynarinfo xəbər verir ki, bu barədə  Rusiya Daxili İşlər Nazirliyinin mətbuat mərkəzindən bildirlib.
Məlumatda qeyd olunub ki, . 2022-ci ilin birinci rübündə Rusiya Federasiyasının vətəndaşlığını qəbul edənlərin ümumi sayında 39,6 % Ukraynadan olanlar, 23,9%-i Tacikistandan gələnlər təşkil edib. Bu da Rusiya vətəndaşlığının keçmiş sovet respublikalarından olan insanlar üçün cəlbedici olaraq qaldığını göstərir.
Statistik göstəricilər görə, ilin birinci rübündə Rusiya vətəndaşlığı alanların 8%-ni Qazaxıstan, 7,9%-ni Ermənistan, 4,7%-ni Özbəkistan, 3,6%-ni Qırğızıstan, 3,1%-ni Belarus, 3%-ni Moldovadan gələnlər təşkil edib.
Azərbaycan Respublikasından olanlar isə bu siyahıda 4,5% təşkil edir.
Ümumilikdə, 2022-ci ilin birinci rübündə 141,5 minə yaxın xarici vətəndaş Rusiya vətəndaşlığına qəbul edilib ki, bu da ötən illə müqayisədə 12% azdır.