Xəbər lenti

Bu il valideyn himayəsindən məhrum olan uşaqların sayı açıqlandı
Ölkə 23:12 25.09.2025

Bu il valideyn himayəsindən məhrum olan uşaqların sayı açıqlandı

"2025-ci ilin ötən dövründə valideyn himayəsindən məhrum olmuş 215 uşaq müvafiq uşaq müəssisələrinə yerləşdirilib".

Bu barədə BAKU.WS-in sorğusuna cavab olaraq Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Sosial Xidmətlər Agentliyindən məlumat daxil olub.

Məlumatda qeyd olunub ki, hazırda 24 müəssisədə 1279 bu kateqoriyadan olan uşaq yaşayır: "Müəssisələrə yerləşdirilən uşaqlardan 533-ü qız, 746-sı oğlandır.

Uşaqların müəssisələrə yerləşdirilməsi ilə bağlı müraciətlər e-sosial.az elektron portalında valideyn himayəsindən məhrum olmuş uşaqlar, himayədar ailə və övladlığagötürmə bölməsində, valideyn himayəsindən məhrum olmuş uşaqların yerləşdirilməsi alt bölməsi vasitəsi ilə aparılır. O cümlədən müraciətlər DOST Mərkəzləri vasitəsi ilə də qəbul edilir".

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->