Türkiyə Mədəniyyət və Turizm Nazirliyi 2022-ci ilin ilk 5 ayında Türkiyəyə 12 milyon 710 min 431 turistin gəldiyini açıqlayıb ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 207% artım göstərir.
Qaynarinfo bu barədə Türkiyə Turizm Nazirliyinin verdiyi statistikaya istinadən xəbər verir.
Nazirlikdən verilən məlumata görə, onlardan 11 301 602 nəfəri əcnəbi, 1 408 829 nəfəri isə xaricdə yaşayan Türkiyə vətəndaşları olub.
2022-ci ilin yanvar-may ayları arasında Türkiyəyə ən çox turist göndərən ölkələrin reytinqində almanlar birinci, ikinci yerdə Bolqarıstan və Rusiya gəlir.
İran və Böyük Britaniya da Türkiyəyə gələn turistlərin sayına görə dördüncü və beşinci olub.
M.Arif