Xəbər lenti

Bu insan 1500 dəfə həbs edilib - FOTO
Dünya14:25 30.11.2013

Bu insan 1500 dəfə həbs edilib - FOTO

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

ABŞ-da bir nəfər 1500 dəfə həbs edilib. 

Anspress-in xarici mətbuata istinadən verdiyi məlumata görə, ABŞ-ın Kentuçki əyalətində yaşayan 64 yaşındakı Henri İrl ilk dəfə 1970-ci ildə dustağlıq həyatı yaşayıb.

İndiyə qədər 1500 dəfə həbs olunan Henrinin ilk işlədiyi cinayət isə, sənədsiz silah daşımaq olub. 1970-ci illərdə ABŞ polisi tərəfindən 33 dəfə cinayət törətdiyi üçün dəmir barmaqlıqların arxasına göndərilən "cinayət maşını" Henri, 1980-ci illərdə isə 230 dəfə həbsə göndərilib.

Bölgədə məhkəmə hakimlərinin qarşısına ən çox çıxan insan ünvanına sahib olan Henri uzun müddət həbs cəzalarına məhkum edilib. Henri ömrünün 6 min gününü həbsdə keçirib. 

Sonuncu dəfə bir "fast food" restoranına zorla girərək yemək oğurlamağa çalışan Henri polis tərəfindən nəzarətə aldıqdan sonraya həbsxanaya göndərilib.

Qaynar.info