Hollandiyada yeləşən Qithorn kəndi bu ölkənin Venesiyası adlanır. Bunun səbəbi yaşayış məntəqəsində su kanallarının çoxluğudur.
Belə ki, Overeysel vilayətinin cazibədar məkanlarından olan Qithornda arxlar, su kanalları o qədərdir ki, sakinlər bir-birlərinin evlərinə qayıqla qonaq gedirlər. Qeyd edək ki, kəndin daxili kanallarının uzunluğu 7,5 kilometrdir. Qithornda 176-dan çox körpü var.
Yeri gəlmişkən, yaşayış məntəqəsinin evləri də cazibədarlığı, kiçikliyi ilə fərqlənirlər.(publika.az)