Xəbər lenti

Bu kənddə kuklalar yaşayır (FOTOLAR)
Dünya13:23 20.12.2018

Bu kənddə kuklalar yaşayır (FOTOLAR)

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Yaponiyanın kiçik Naqoro kəndi ölmüş və ya itkin düşmüş insanların kuklaları ilə doludur.
Qaynarinfo xəbər verir ki, kənddə sadəcə 40 nəfər yaşayır. Sakinlərin bir qismi iş üçün böyük şəhərlərə köçüb, digərləri isə ölüb və ya onlardan xəbər yoxdur. 13 il sonra doğma kəndinə geri qayıdan Tsukimi Ayano adlı qadın Naqoronu boş görərək bir zamanlar kənddə yaşamış insanların kuklalarını tikməyə başlayıb. Həmin şəxslərin kuklaları gündəlik məşğuliyyətləri, geyimləri, peşələri, əyləncələri ilə təsvir edilib və evlərə, bağçalara, dayanacaqlara, məktəblərə, küçələrə yerləşdirilib. Ayano bildirir ki, keçmişdə həyatında olan insanların yoxluğunu hiss etməmək üçün əlindən gələni edir, kuklalar ona özünü tənha hiss etməyə imkan vermir. Qadın həyatının sonuna qədər bu işlə məşğul olacağını deyir.
"Kuklalar kəndi" kimi tanınan Naqoronun fotoları ingilis fotoqraf Trevor Moqq tərəfindən çəkilib.
Gülşən