Xəbər lenti

Bu lider Obamadan zəng gözləyir
Dünya13:24 04.03.2013

Bu lider Obamadan zəng gözləyir

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Amerikalı məşhur basketbolçu Denis Rodman Şimali Koreya lideri Kim Çen Unun ABŞ prezidenti Barak Obama ilə telefonla danışmağa hazır olduğunu deyib. 

Qaynar.info-nun məlumatına görə, Rodman bildirib ki, Şimali Koreya müharibə istəmir və danışıqlara hazırdır. Basketbolçunun sözlərinə görə, Kim Çen Un Obamanın ona zəng etməsini istəyir. 

Rodman qeyd edib ki, həm Obama, həm Kim Çen Un basketbolu sevirlər: "Gəlin münasibətləri bundan yaxşılaşdıraq". 

Rodmanın bu açıqlamasına ABŞ Dövlət Departamenti hələ ki heç bir münasibət bildirməyib. 

Qaynar.info