Xəbər lenti

Bu ölkə böhran üzündən kiilsəyə əl uzatdı
Dünya12:45 31.07.2013

Bu ölkə böhran üzündən kiilsəyə əl uzatdı

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

İqtisadi böhranla üz-üzə qalan Yunanıstanda bu dəfə Pravoslav Kilsəsinin malları satışa çıxarılacaq.

Qaynar.info xəbər verir ki, baş nazir Antonis Samaras Yunan Pravoslav Kilsəsinin var-dövlətini hesablayacaq bir şirkətin qurulacağını söyləyib.

Hesabında çoxlu sayda monastr, meşəlik, sahil zolağı olan kilsə dövlətdən sonra ölkənin ikinci ən böyük torpaq sahibidir.

Kilsənin daşınmaz əmlakları qısa və uzunmüddətli olaraq kirayəyə veriləcək, ancaq mülkiyyət kilsədə qalacaq. Əldə olunan gəlir yarıbayarı paylaşılacaq. Artıq Rusiya, Qətər və ABŞ kilsənin Afina yaxınlığındakı daşınmaz əmlakları ilə maraqlanmağa başlayıblar.

Qaynar.info