Xəbər lenti

Bu ölkə də səfirliyini Qüdsə köçürür
Dünya09:52 19.05.2018

Bu ölkə də səfirliyini Qüdsə köçürür

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
ABŞ və Qvatemaladan sonra Paraqvay da səfirliyini Qüdsə köçürməyə hazırlaşır.
Qaynarinfo xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə Paraqvay Eladio Loizaqa məlumat verib və səfirliyin yaxın günlərdə açılacağını deyib. O bildirib ki, dövlət rəhbəri bu barədə 8 ay əvvəl göstəriş verib və səfirliyin Qüdsə köçürülməsi digər ölkələrin addımı ilə əlaqədar deyil.
Qeyd edək ki, ötən ilin 6 dekabrında ABŞ prezidenti Donald Tramp Qüdsü İsrailin paytaxtı kimi tanıdı və 14 may 2018-ci ildə səfirlik Tel-Əvivdən bu şəhərə köçürüldü. Daha sonra Qvatemala eyni addımı atdı. 
Gülşən