Xəbər lenti

Bu ölkə dünyanın ən yüksək əmək haqqına yox dedi - ŞOK
Dünya19:06 20.05.2014

Bu ölkə dünyanın ən yüksək əmək haqqına yox dedi - ŞOK

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

18 may tarixində keçirilən səsvermənin nəticələrinə görə, isveçrəlilər aylıq minimum əmək haqqının artırılaraq 4000 İsveçrə frankı, yəni 3300 avro məbləğində olmasını 73,3 % səs çoxluğu ilə rədd ediblər.

“Axar.az” “Eunyus” saytına istinadən xəbər verir ki, bu rəsmi nəticələrə görə, Konfederasiyanın bütün 26 kantonu layihəyə qarşı çıxıb.

Əgər qanun layihəsi qəbul olunsaydı, 1 saat iş üçün 22 frank, yəni təqribən 18 avro nəzərdə tutan minimum əmək haqqı dünyanın ən yüksək əmək haqqı olacaqdı. Müqayisə üçün deyək ki, 1 saat iş üçün minimum əmək haqqı Fransada 9, İspaniyada isə 5 avrodur.

Sol partiyalar və həmkarlar ittifaqları minimum əmək haqqının artırılmasını İsveçrədə həyatın çox bahalı olması ilə əsaslandırıblar. Onlara qarşı çıxan sağ yönümlü partiyalar, Parlament və hökumət isə bu artımın işsizliyi artıracağını söyləyiblər. Göründüyü kimi, əhalinin böyük bir qismi işsizliyin artacağından ehtiyatlanaraq dünyanın ən yüksək minimum əmək haqqına "yox" deyiblər.

Qaynar.info