
Rusiya əhalisinin əksəriyyəti dostları ilə İnternet vasitəsilə əlaqə saxlamağa üstünlük verir.
“МАСМИ” tədqiqat mərkəzinin sorğularına görə, respondentlərin 73%-i hətta yaxınları və dostlarının əhatəsində olarkən şəbəkəyə daxil olurlar.
Onların 43%-i daim onlayn rejimdə olurlar. Bu tendensiya 26 yaşdan 36-ya, eləcə də 36-dan 45 yaşa qədər olan auditoriyaya aiddir.
Tədqiqatın nəticələrinə görə, sorğuda iştirak edənlərin 53%-i İnternetdə nəzərdə tutduqlarından daha çox vaxt keçirirlər. Ən populyar əyləncə vasitələrinin ilk üçlüyünə isə mahnı yükləmək, film izləmək və messencer, yaxud sosial şəbəkələrdən istifadə daxildir.(ictnews.az)