
Suriyada 2011-ci ilin martından başlayaraq bu günə kimi davam edən qanlı qarşıdurmalar təkcə mülki şəxslər və hərbçilərin ölməsi ilə nəticələnməyib.
Qaynar.info-nun məlumatına görə, France-Press agentliyi və Sərhədsiz Reportyorlar Təşkilatının apardığı birgə araşdırma nəticəsində son iki ildə Suriyada həlak olan jurnalistlərin sayı açıqlanıb. Araşdırmaya görə, baş verən qanlı qarşıdurmalar zamanı 21 jurnalist öz vəzifələrini yerinə yetirərkən həlak olublar. Onların arasında yerli jurnalistlərlə yanaşı, xarici KİV-lərin əməkdaşları da var.
Qaynar.info