Xəbər lenti

Bu ölkə mili valyutasından 5 sıfırı silir (FOTO)
Dünya14:28 26.07.2018

Bu ölkə mili valyutasından 5 sıfırı silir (FOTO)

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Venesuela ölkədə müşahidə edilən 1 milyon faiz inflyasiyadan sonra valyutanın dəyişdirilməsi barədə qərar qəbul edib.
Qaynarinfo xəbər verir ki, 20 avqustdan etibarən pul vahidindən 5 sıfır atılacaq. Ən böyük əskinaz 500 bolivar, ən kiçik isə 2 bolivar olacaq. Hazırda ən böyük əskinaz 100 min bolivardır, lakin 1 sentdən daha az dəyərə sahibdir. 
Prezident Nikolas Maduro açıqlama verərək bu addımın ölkə iqtisadiyyatında böyük inqilabi dəyişikliklərə səbəb olacağını bildirib. 
Qeyd edək ki, Venesuelada 5 ildir iqtisadi böhran hökm sürür. Ölkədə qida və dərman qıtlığı bir çox insanın buranı tərk etməsi ilə nəticələnib.
Gülşən