Xəbər lenti

Bu ölkə narkotikanı özü satacaq
Dünya09:11 11.12.2013

Bu ölkə narkotikanı özü satacaq

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Uruqvay Senatı narkotik ticarəti ilə bağlı qərar qəbul edib.

Qaynar.info
xəbər verir ki, bu qərarla Uruqvay dünyada narkotik istehsalına, satışına və istifadəsinə özü nəzarət edən ilk ölkə olub.

Bir müddət əvvəl qanun Nümayəndələr Palatası tərəfindən də təsdiqlənmişdi.

Hökumət bu qanunla narkotik ticarətçilərinin gəlirlərini azaltmaq və narkotika istifadə edən şəxslərin daha ağır maddələrdən uzaqlaşdırılacağını bildirib.  

Narkotika almaq istəyən şəxslər 18 yaşından böyük olmalı və qeydiyyatdan keçməlidir.

Qaynar.info