Xəbər lenti

Bu ölkədə 300 min nəfərin şəxsi məlumatları İnternetdə yayıldı
Dünya16:48 08.01.2022

Bu ölkədə 300 min nəfərin şəxsi məlumatları İnternetdə yayıldı

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Bolqarıstan Statistika Xidməti BULSTAT-ın sistemində yaranan problem nəticəsində 300 min nəfərin şəxsi məlumatları İnternetdə açıq şəkildə yayılıb.
Qaynarinfo APA-nın xəbərinə görə, şəxsi məlumatı İnternetə sızanlar arasında ölkə başçısı, nazirlər və partiya rəhbərləri də var.
Parlament sədri və müavinlərinin, nazirlərin və tanınmış jurnalistlərin telefon nömrələri və ünvanları açıq şəkildə yayılıb. Ümumiyyətlə, barəsində məlumat yayılan şəxslərin hamısı tanınmış adamlardır.
Məlumatların sızması yanvarın 4-də BULSTAT barədə yeni qanun qüvvəyə minərkən ortaya çıxıb. Hazırda problemin aradan qaldırılması üçün iş gedir.