Yeni Zellandiyada "Kiwiana" adlı şirkət "Saf, təmiz Yeni Zellandiya havası"nın satışı ilə məşğul olur.
Qaynarinfo xarici KİV-ə istinadən xəbər verir ki, "Auckland" havalimanında yerləşən "Duty free"də 4 qutu hava və nəfəs maskası 98,99 dollara satılır. Jurnalist Deymiyen Kristi bu barədə sosial şəbəkə hesabında paylaşıb. Bir çox izləyici tərəfindən maraqla qarşılanan hava satışı "Kapitalizmin zirvəsi" adlandırılıb.
"Kiwiana" havanın Yeni Zellandiyanın Alp dağlarından qutulara doldurulduğunu məhsulun üzərində qeyd edib.
Gülşən