
Malaziyada məhkəmə xristianlara Allah sözünü deməyi qadağan edib.
Anspress-in Britaniya mətbuatına istinadən verdiyi xəbərə görə, məhkəmə Allah sözünü yalnız müsəlmanlara istifadə etməyə icazə verib.
Apelyasiya məhkəməsinin qərarına görə, müsəlman olmayan insanların bu sözü istifadə etməsi müsəlmanlarda qarışıq hislər yarada bilər ki, bu nizamsızlığa səbəb olar. Malaziyada dinindən asılı olmayaraq hamı özünün və istənilən inandıqları şeyi Allah adlandırır.
Malaziyada xristian dini ardıcılları bildirirlər ki, neçə əsrlərdir ki, öz tanrılarını Allah adlandırır və bu qanunu hüquq pozuntusu adlandırırlar.
Qaynar.info