Xəbər lenti

Bu ölkədə baş kəsmək qadağan olundu
Dünya15:51 12.03.2013

Bu ölkədə baş kəsmək qadağan olundu

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Səudiyyə Ərəbistanında edamlar bundan sonra qılıncla deyil, güllə ilə yerinə yetiriləcək. Buna səbəb isə ölkədə cəllad sayının azalmasıdır. 

Qaynar.info-nun məlumatına görə, Səudiyyə Ərəbistanı hökuməti ictimai yerlərdə qılıncla baş kəsməklə yerinə yetirilən edam cəzalarına alternativ üsullar axtarışına çıxıb. Bunların arasında ən optimal variant kimi güllələnmə seçilib. 

Misirin "Əl Əhram" qəzeti isə səudiyyəlilərin belə bir qərarı ölkədə cəllad çatışmazlığına görə verdiklərini iddia edib. 

Hələlik güllələnmə qərarının İslam qanunlarına uyğun olub-olmadığı rəsmi səviyyədə müzakirə olunur. 

Qaynar.info