Albaniya baş naziri Edi Rama bundan sonra Avropa və Xaric İşlər Nazirliyi vəzifəsini də icra edəcək.
Qaynarinfo xəbər verir ki, məsələ ilə bağlı parlamentdə səsvermə keçirilib.
Qeyd edək ki, bu ay nazirlər kabinetinin 8 yeni üzvü müəyyənləşib. Prezident İlir Meta Cent Sakayın xarici işlər naziri vəzifəsi üçün təklif edilməsi ilə razılaşmamış, bu qərarı təsdiq etməmişdi. Daha sonra Edi Rama həm baş nazir, həm də xarici işlər nazirinin vəzifələrini icra edəcəyini açıqladı.
Gülşən