
Səudiyyə Ərəbistanın kralı Salman bin Əbdüləziz əl-Səud Qurtuluş günü ilə əlaqədar ilkə imza atıb. "Qaynarinfo" xəbər verir ki, ölkə rəhbəri imzaladığı qərarnamə ilə qadınların sərbəst şəkildə avtomobil idarə etməsinə icazə verib.
Salman bin Əbdüləziz əl-Səud imzaladığı qərarnamə 2018-ci ilin iyun ayında qüvvəyə minəcək. Qərarnamədə qadınların şəriət qaydalarına uyğun avtomobil idarə etmələri lazım olduğu qeyd edilsə də, detallar açıqlanmayıb.
Həmçinin Səudiyyə Ərəbistanında Qurtuluş günü ilə ilk dəfə qadınlara stadiona girmək icazəsi verilib.
Qeyd edək ki, Səudiyyə Ərəbistanı qadınların avtomobil idarə etməsinə icazə verməyən yeganə ölkədir. Manal al-Şarif adlı qadın artıq uzun zamandır ki, bu qadağaya mübarizə aparır. O, hətta buna görə həbs olunub. Axır ki, qadağa aradan qaldırılıb.




Lalə
Qaynarinfo.Az