Küveytdə orta və ali təhsil müəssisələrində koronavirusa görə dərslər avqusta qədər təxirə salınıb.
Qaynarinfo xarici mətbuata istinadən xəbər verir ki, bu barədə Küveyt hökumətinin sözçüsü Tarık Əl-Mezram açıqlama verib. O, bildirib ki, ölkə ərazisindəki bütün təhsil müəssisələrində tətil avqustun 3-dək davam edəcək.
Bundan əvvəl isə ölkədə martın 21-dək tətil elan olunmuşdu.
Camal