
Hər bazar ertəsi günü Norveç əsgərləri ancaq vegetarian ərzaqlarla qidalanacaq.
Qaynar.info xəbər verir ki, ölkə silahlı qüvvələrinin baş komandanlığı bu addımı qlobal iqlim dəyişikliyi ilə mübarizə çərçivəsində atdıqlarını bildirib.
"Buna səbəb xərclərin azaldılması deyil. Onunla bağlıdır ki, ekologiyaya daha az ziyan vuran ərzaqlarla qidanlamaq lazımdır" deyə Norveç ordusunun rəsmilərindən olan Eysteyn Kvarvinq bildirib.
Bu addımla komandanlıq həm də ildə 150 ton ətə qənaət etməyi düşünür.
Qaynar.info