Xəbər lenti

Bu ölkədə heç kim koronavirusa yoluxmayıb
Dünya05:27 30.07.2020

Bu ölkədə heç kim koronavirusa yoluxmayıb

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Koreya Xalq Demokratik Respublikası (KXDR) ərazisində koronavirusa yoluxma faktı qeydə alınmayıb.
Qaynarinfo xəbər verir ki, bu barədə ölkənin dövlət orqanı "Rodong Sinmun” məlumat yayıb.
Ötən gün KXDR-in qərbində yerləşən Kanxvado adası ərazisində yerli gənclərdən birinin COVID-19 virusuna yoluxması ilə bağlı məlumatlar yayılmışdı. Şimali Koreyanın Epidemiya ilə mübarizə təşkilatı açıqlayıb ki, KXDR-ə qayıtmış gəncin koronavirus analizləri onun infeksiyaya yoluxduğunu deməyə əsas vermir.
Bununla belə yerli hakimiyyət virusa yoluxduğu şübhə edilən gəncin əlaqədə olduğu şəxsləri müəyyənləşdirməyə başlayıb.