Xəbər lenti

Bu ölkədə kişilər bir-birlərinin qadınlarını ələ keçirmək üçün yarışır (FOTOLAR)
Dünya13:48 01.10.2017

Bu ölkədə kişilər bir-birlərinin qadınlarını ələ keçirmək üçün yarışır (FOTOLAR)

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Nigerdə Vodabe Fula qəbiləsi qeyri-adi ənənəsi ilə seçilir.

"Qaynarinfo" xarici KİV-ə istinadən xəbər verir ki, qəbilədə söz haqqı qadınlardadır və onlar istədikləri kişi ilə cinsi əlaqədə ola bilərlər. Belə ki, Vodab Fula qəbiləsinin qadınları birdən çox ər seçə bilmə azadlığına sahibdirlər.

Hər il yağışlı mövsümün başa çatması ilə əlaqədar qəbilə daxilində festival təşkil olunur. Festivalın keçirilmə yeri gizli saxlanılır və qəbilə qadınları tərəfindən 5-6 gün əvvəldən müəyyənləşdirilir. Festivalda kişilər birnöv özlərini sərgiləyir, bir-birlərinin həyat yoldaşlarını ələ keçirmək üçün yarışırlar. Onlar 6 saat əvvəldən buna hazırlaşır, qırmızı və sarı rəngli boyalarla üzlərini rəngləyir, müxtəlif aksesuarlar taxır, həmçinin xüsusi məhlullarla dişlərini ağardırlar. Festival zamanı müxtəli rituallar yerinə yetirilir, kişilər Yaake adlı rəqsdə bir-birləri ilə yarışırlar. Uzun boy, iri gözlər, ağ dişlər və yaxşı rəqs bacarığı qəbilə qadınlarının kişilərdə bəyəndikləri əsas xüsusiyyətlərdir.

Qaliblər qəbilənin ən gözəl 3 qadını tərəfindən seçilir.

Festivala qatılan qadınların ərli olub-olmamasının heç bir əhəmiyyəti yoxdur, çünki qəbilədə söz haqqı qadınlarda olduğu üçün burada başqa kişiyə aşiq olan qadınlar öz ərlərindən imtina edərək, onunla yaşamağı seçə bilərlər. Subay qadınlar isə istədiklər zaman istədikləri kişi ilə cinsi əlaqədə ola bilər.

Festivalın fotolarını çəkən 40 yaşlı fotoqraf Mario Gerz Nigerin sözügedən bölgəsinin turizmdən uzaq olduğunu və qəbilə insanlarının onu böyük hörmət və ehtiramla qarşıladığını qeyd edib. 

"Festivalda iştirak etməklə özümü onlardan biri kimi hiss etdim. Qəbilə insanları üçün fotoaparat yeni bir şey olduğundan fotolarının çəkilməsindən narahat olmadılar, əksinə bunu məmnuniyyətlə qarşıladılar. Öz ənənələrini mənimlə bölüşdükləri üçün qürur duyduqlarını söylədilər", - deyə Gerz bildirib.

Qaynarinfo.Az