
Bu gün Yaponiyada Hiroşima və Naqasaki şəhərlərinin nüvə hücumuna məruz qalmasından 69 il ötür.
Ans press-in məlumatına görə, Yaponiya xalqı hər il avqust ayının 6-nı matəm günü kimi qeyd edir. İkinci dünya müharibəsinin son mərhələsində Amerika Birləşmiş Ştatları hərbi hava qüvvələri Hiroşimaya nüvə bombası atmışdı. Nəticədə 140 min insan ölmüş, minlərlə insan güclü radiasiyaya məruz qalmışdı.
3 gün sonra Naqasakinin bombalanması isə daha 70 min insanın da ölümünə səbəb oldu.
Bu gün Sülh Parkında keçirilən anım mərasiminə Yaponiyanın dövlət rəsmiləri qatılıb.
Baş nazir Sindzo Abe nüvə hücumuna məruz qalan ilk ölkə kimi nüvə silahını məhv etmək vəzifəsinin də yapon xalqının üzərinə düşdüyünü deyib.
Qaynar.info