
Svezilənd krallığının səhiyyə nazirliyi ölkədə HİV virusuna yoxulmuş xəstələrdə tətbiq etdikləri müalicə metodunun uğurla nəticələndiyini açıqlayıb.
"Qaynarinfo" xarici mediaya istinadən xəbər verir ki, ölkədə bu virusun daşıyıcıları günbəgün artırdı. 2011-ci ildə 18-49 yaş arasındakı əhalinin 31%-də bu virus aşkar edilmişdi. Bildirilir ki, ölkədə tətbiq edilən "antiretroviral" müalicə metodu öz nəticəsini verib və ölkədə bu virusun daşıyıcıları olan insanların sayı 2 dəfə azalıb.
Səhiyyə nazirliyinin nümayəndəsi Velehi Okelle deyib ki, görülən tədbirlər uzunmüddətli və davamlı olub, buna görə də Szevilənddə HİV virusunun qarşısını almaq real hadisəyə çevrilib.
Gülşən
Qaynarinfo.Az