
İordaniya parlamenti "təcavüz nikahı" adlı qanunu ləğv edib.
"Qaynarinfo" xarici mediaya istinadən xəbər verir ki, parlament təcavüz edən şəxsin zərərçəkənlə evlənməsini və 3 il evli qalaraq bəraətini nəzərdə tutan 308 nömrəli qanunu ləğv edib.
Qanunun ləğvi qadın haqqları üçün tarixi hadisə hesab edilir. İctimai fəallar digər Orta Şərq ölkələrini də belə addım atmağa çağırıb.
Bir çox ictimai təşkilatlar bu qanunu illərlə pisləmiş və ləğvi üçün parlament qarşısında aksiyalar təşkil etmişdi.
Qeyd edək ki, Livanda da oxşar qanunun ləğvi üçün səsvermə keçiriləcək.
Gülşən
Qaynarinfo.Az