
ABŞ-ın Tennessi ştatında məhkəmə 7 aylıq körpəyə Məsih adının verilməsini qadağan edib.
Qaynar.info xəbər verir ki, hakim verdiyi qərarda yalnız bir nəfərin Məsih ola biləcəyini və bunun da İsa Məsih olduğunu bildirib.
Uşağın valideynləri uşağın kimin soyadını daşıması məsələsində anlaşılmazlıq yarandığı üçün məhkəməyə müraciət etmişdilər. Ancaq məhkəmə vaxtı uşağın adını öyrənən hakim valideynlərdən bu adın dəyişdirilməsini və əvəzinə Martin adının qoyulmasını təklif edib.
Qərardan təəccüblənən ana hakimin qərarına etiraz etmək istədiyini söyləyib.
Qaynar.info