Xəbər lenti

Bu ölkədə varlıları yandırırlar
Dünya09:05 11.06.2013

Bu ölkədə varlıları yandırırlar

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Papua Yeni Qvineyada cadugərlikdə ittiham olunanlar diri-diri yandırılır. 

Qaynar.info-nun məlumatına görə, insan haqları təşkilatları isə əsl səbəbin varlılara olan qısqanclıq olduğunu bildiriblər. 

Ötən həftə cadugərlikdə ittiham olunan bir qadın işgəncə verildikdən sonra diri-diri yandırılmışdı. Ancaq 7 milyon əhalisi olan ölkədə buna bənzər hadisələrin tez-tez meydana gəlməsi ortaya başqa məqamlar çıxarır. 

İnsan haqları təşkilatları əhalinin əksəriyyətin daxmalarda yaşadığı ölkədə maddi vəziyyəti yaxşı olanlara qarşı qısqanclığın hökm sürdüyünü və həmin insanların da cadugərlikdə günahlandırılaraq yandırıldığını iddia edirlər.  

Qaynar.info